yığılmaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
yığılmaq
1. f. Bir yerə toplaşmaq, cəm olmaq; cəmləşmək. İştirakçıların hamısı yığılmayıb. Mitinqə çoxlu adam yığılıb. Camaat yığılıb sizi gözləyir. – Hamı dükanlarını bağlayıb buraya yığılır. Ü.Hacıbəyov. Şabanın getməyini eşidib, sair bikar tamaşaçılar da kənardan yığılmışdılar. Ə.Haqverdiyev.
2. t-siz. Yuyulmaq, islanmaq və s. nəticəsində qısalmaq, gödəlmək, əvvəlki ölçüsünü itirmək. Köynək yuyulandan sonra xeyli yığılıbdır.
3. məch. Toplanılmaq, dərilmək. Məhsul yığıldı. Pambıq yığılmağa başlanıbdır. – Oktyabr ayının ortaları idi. Kənddə üzüm qızğın yığılırdı. Ə.Vəliyev. Şah yedi, doydu, süfrə yığıldı. M.F.Axundzadə.
4. məch. Yığışdırılmaq, ortadan götürülmək; bitmək, qurtarmaq. Ağarmışdı başı uca dağların; Yığılmış dəsgahı güllü bağların. H.K.Sanılı.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
yığılmaq
I. cemləşmək, toplaşmaq
{birleşmek, toplaşmak}
II. gödəlmək, qısalmaq
{küçülmek, kısalmak}
III. toplanmaq, dərilmək
{toplanmak, derilmek}
IV. bitmək, qurtarmaq
{bitmek, kurtarmak}
V. büzülmək, sıxılmaq
{büzülmek, kasılmak}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
yığılmaq
birikmek