turklehceleri.org

Ruh

Türkiye Türkçesi – Arı Duru Türkçe Sözlüğü (Kuleli, 2013)

ruh

[Köken: Arapça] Ürek

Türkiye Türkçesi – Tatarca Sözlük (Ganiyev, 1998)

ruh

I и. 1) бит (кешедә); 2) шахм. тура иск.


ruhII и. рух, җан; 2) җанлылык; 3) экстракт, эссенция; nışadır ruhu нашатырь спирты

Karşılaştırmalı Türk Lehçeleri Sözlüğü (Ercilasun, 1991)

ruh

Türkiye Türkçesi: ruh
Azerbaycan Türkçesi: ruh
Başkurt Türkçesi: ruⱨ
Kazak Türkçesi: ruh jan
Kırgız Türkçesi: ruh
Özbek Türkçesi: rüh
Tatar Türkçesi: ruⱨ
Türkmen Türkçesi: rūh
Uygur Türkçesi: roh
Rusça: duⱨ duşa

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

ruh

is. [ər.]
1. İnsanın psixi aləmi, onun hiss və duyğuları, əhvali-ruhiyyəsi. [Xəlilin] bir an sıxılan ürəyi haman açıldı, səbəbsiz bir nəşə ruhuna hakim oldu. Çəmənzəminli. Torpağı bəzəsin bənövşə, nərgiz; Ruhuma doğmadır hər cığır, hər iz. H.Arif. // Fəlsəfədə və psixologiyada ideal olanla, şüurla, maddi başlanğıcdan fərqli olaraq qeyricismani başlanğıcla eyniyyət təşkil edən anlayış; sözün dar mənasında şüur, təfəkkür. Subyektiv ruh. Ruhun varlığı. Antik fəlsəfə ruhu nəzəri fəaliyyət hesab etmişdir. // Hər şeyin və hadisənin əsasını təşkil edən və materiyaya nisbətən birinci olan qeyri-maddi aləm. Mütləq ruh. // Təsəvvürə görə, insanda, onu digər canlılardan ayıran və Allaha qovuşduran ölməz, qeyri-maddi varlıq; can. [Molla Kazım:] Hamısının ruhu bu dəmdə cənnətdədir. Ə.Haqverdiyev. [Nənəxanım:] A kişi, .. bir yerdə yeyək, cümə axşamıdır, elə ölülərimizin də ruhu şad gedər. Çəmənzəminli.
2. İnsanın daxili halı, mənəvi qüvvəsi, mənəviyyatı; həvəs, hiss, duyğu, canlılıq. Onun heç ruhu yoxmuş. – ..İnsanda bir azca ruh da gərək olsun, yoxsa qanacaqsız adamnan mənim aram yoxdur. C.Məmmədquluzadə. [Əsgər:] Ürəyin yanırsa görünür ki, sənin. ruhun var, ay xala! Ü.Hacıbəyov. // məc. Cürət, qoçaqlıq, cəsarət, mərdlik. Əsgərlərdə döyüş ruhu yaratmaq. – İlk müvəffəqiyyət məndə inam və ruh yüksəkliyi doğurdu. A.Şaiq. İşçilərin ruhları yüksək idi. H.Nəzərli.
3. məc. Hər hansı bir şeyin səciyyəvi xüsusiyyəti, əsas mahiyyəti, ən lazımlı, ən əsas nöqtəsi. Məsələnin ruhunu tapmaq. Söhbətin ruhunu bilmək.
4. Dini və mifoloji təsəvvürə görə: insanın həyatında və təbiətdə iştirak edən qeyrimaddi, fövqəltəbii bir varlıq.
5. məc. Ürək, qəlb. Yar yarına gündə olsa müqarin; Könülü şən olur, ruhu tellənir. Qurbani. Qızdırmadan bədənim narahat olur, amma qızıl dükanlarından ruhum rahatsız olur. C.Məmmədquluzadə. Müəllim [Tellinin] ruhunun ən həssas nöqtəsinə toxunmuşdu. S.Hüseyn.
6. Nəvazişli xitab yerində: mənim ruhum, ruhum şəklində işlənir. Ruhum! Ey şəhbazi-ülviyyət; Hümmətim tək fəzada pərvaz et! M.Ə.Sabir. [Qətibə:] Mənim ruhum, mənim sirr yoldaşım, sənə nə fəlakət üz vermişdir? M.S.Ordubadi.
7. Ruhla şəklində zərf – 1) həvəslə, şövqlə, ruh yüksəkliyi ilə. Hidayət yuxudan həvəslə, ruhla ayılmışdı. B.Bayramov; 2) ...əhvali-ruhiyyə ilə. Fikirləşdi ki, indi [Səməd] əmisinin evinə tamam başqa bir ruhla qədəm basacaqdır. İ.Hüseynov. ‣ Ruh azarı – ruhi xəstəlik. [Hacı Nayib:] ..Doktor ruh azarının burada camaat içində nə şəkildə zühura gəlməyini tədqiq və təhqiq edib, .. elmi-psixiqə tətbiq buyursunlar. C.Məmmədquluzadə. Ruh düşkünlüyü – bədbinlik, düşkün əhvali-ruhiyyə, ümidsizlik. Bu müraciətnamədən sonra Təbriz xalqında böyük bir ruh düşkünlüyü yarandı. M.S.Ordubadi. Şükür açıqcasına görürdü ki, ətrafına toplaşan adamlarda ruh düşkünlüyülə qarışıq bir narazılıq var. S.Hüseyn. Ruh gəlmək – canlanmaq, cana gəlmək; ruhlanmaq; cəsarət gəlmək. Bizi vermə düşmana! Bir ruh gəldi Aslana. S.Vurğun. Ruh təzələnmək – şənlik düşmək, ürəklər açılmaq. [Çənlibeldə] məclis quruldu, keflər duruldu, saqi dolandı, ruh təzələndi. “Koroğlu”. Nazənin-nazənin edərsiz avaz; Ruhlar tazələnir, olur sərəfraz. M.P.Vaqif. Ruh vermək – ruhlandırmaq, ilhamlandırmaq, ilham vermək. [Günəş] sonra yavaş-yavaş qalxıb, .. ruh verən qızıl zərrələrini aləmə dağıdıb bütün yatmışları oyatdı. S.S.Axundov. Böyük Füzuliyə ruh verən ellər; Özünü tarixə göstərən ellər; Hər zaman Cəfəri yetirəcəkdir! M.Müşfiq. Ruha yatan – xoşa gələn, ürəyə yatan, ruhu oxşayan. Ruhdan düşmək – bədbin olmaq, həyatdan küsmək, bədbinləşmək. Kamal .. ruhdan düşməyib [Cavadı] başqa bir xəbərlə sevindirmək istədi. S.Vəliyev. Ruhdan salmaq – hərəkət və sözləri ilə birini işdən soyutmaq, həvəsdən salmaq, marağını öldürmək. Sığışdıra bilməyib; Paxıl arı bu dərdi; Dedi: – Gərək mən onu; Ruhdan salıb öldürəm. M.Dilbazi. Ruhu təzələnmək – ruha gəlmək, şənlənmək, canlanmaq, cana gəlmək. [Qurban:] Bəh... bəh... Ruhum təzələndi, qəribə içkidir. Ə.Haqverdiyev. Ruhu uçmaq – son dərəcə xoşlanmaq, ürəyi açılmaq, ruhlanmaq, cuşa gəlmək, son dərəcə fərəhlənmək. [Sara Pəriyə:] Gedək bağçaya, belə yaxşı havadır ki, insanın ruhu uçur. C.Cabbarlı. Ruhu(n) şad olsun! – vəfat etmiş bir adamı anarkən hörmət məqamında işlənən ifadə. [Bəxtiyar] Dedi: – Mən o günü gördüm, Şəhriyar; Qabaqda işıq var, ruhun şad olsun. B.Vahabzadə. Ruhunu dindirmək – bax. ruhunu oxşamaq. Ürkək baxışlarınla ruhumu dindirəydin; Məni sevindirəydin. M.Müşfiq. Ruhunu oxumaq – ürəyindən keçəni bilməyə çalışmaq, qəlbini oxumaq. Nadir bəy hər ikisilə [Səltənət və qızı Humayla] əl-ələ verib görüşər və Humayın ruhunu oxumaq üçün gözlərinə diqqət edər. H.Cavid. Ruhunu oxşamaq – məftun etmək, qəlbinə xoş gəlmək, ürəyinə yatmaq, qəlbini oxşamaq. [Xəyyam:] Yox, oxşayacaq ruhumu bir zərrə səadət; İzlər məni hər dürlü fəlakət. H.Cavid. [Sitarə:] Ax, Gülzar, məhəbbət .. hərdən ürəyimi parçalayır, hərdən ruhumu oxşayır. C.Cabbarlı. Ruhunu oynatmaq – həvəsləndirmək, fərəh vermək, cuşa gətirmək. Onun da ruhunu oynadır sənət; Qoynunda bəsləmiş onu təbiət. S.Vurğun. Ruhunu torpağa tapşırmaq (təslim etmək) tənt. – vəfat etmək, ölmək. Ruhunun da xəbəri olmamaq – qətiyyən xəbəri olmamaq, bilməmək, əlaqəsi olmamaq. Heç ruhu da inciməmək – heç xəbəri olmamaq, heç hiss etməmək, heç ağrı-əziyyət duymamaq; rahat, əziyyətsiz olmaq. Cəllad hazır olub dedi: – Şah sağ olsun, buyruq qibleyi-aləmindir! Kimi deyirsən, bu saat boynunu elə vurum ki, ruhu da inciməsin. (Nağıl). [Toğrul:] Özüm ölüm, iynəni elə vuracağam ki, heç ruhun da inciməyəcək. C.Cabbarlı.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

ruh

can, iç
{can, iç}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

ruh

ruh

Özbekçe—İngilizce Sözlük (Dirks, 2005)

ruh

1: (Arabic) spirits, mood, demeanor; spirit, soul. ~i yengil tortdi/yengillashdi to feel relieved or uplifted.

2: (Arabic) zinc.

Türkmencenin Açıklamalı Sözlüğü (Kyýasowa, 2016)

ruh

[uru:h] I, at. 1. Akyl, aň arkaly emele gelýän içki duýgy. Durmuşa göz ýetirýän adamyň ruhy hem belent bolýar. 2. Ölen adamyň hyýaly ruhy. Adam ölse-de, ruhy gezer ýörermiş. 3. Jismi däl, bedensiz mahluk, perişde.
 ‣Ruhdan düşmek sustuň pes bolmak, bir zada bolan ynamyň gaçyp, göwnüçökgün ýagdaýa düşmek. Bize ruhdan düşmek gelişmeýär. Ruhuny götermek galkyndyrmak, gylawlandyrmak, keýpini götermek. Bu ýagdaý biziň ruhumyzy göterdi (“Edebiýat we sungat”). Ruhy öçmek gaty horlanmak ýa-da gaty gorkmak zerarly ýüzüňde gan- pet galmazlyk, ýüzüň nury gaçmak. Ruh bolup galmak eti-gany dökülip, gaty horlanmak. Oňa näme bolýarka, ruh bolup galaýypdyr. Ruha dönmek ser. Ruh bolup galmak.


RUH [uru:h] II, at. Küşdüň ýokarsy tegelek görnüşli esasy maly. Agaçdan ýonup perzi, pil, ruh, şa, at ýasapdyrlar (A. Gowşudow).

Uygurca – Türkiye Türkçesi Sözlüğü (Kurban, 2016)

ruh

a. bk. roh.


Son arananlar: