turklehceleri.org

yağlı

Türkiye Türkçesi – Tatarca Sözlük (Ganiyev, 1998)

yağlı

с. майлы; yağlı boya майлы буяу; yağlı yemek майлы аш

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

yağlı

sif.
1. Yağı olan, tərkibində yağ çox olan. Yağlı ət. Yağlı xörək. Yağlı balıq. – Yadın oğlu yağlı aşa mehmandı; Dar günündə baxarsan ki, usandı. Aşıq Ələsgər. Ət bazardan daşınıb mənzilə zənbil-zənbil; Etmədi mədələri yağlı qidanı təhlil. S.Ə.Şirvani. Axşamın toranında közərib parıldayan kömürün üzərində şişlərə yağlı qabırğalar çəkilmişdi. İ.Hüseynov. // Tərkibində yağ maddəsi olan. Yağlı bitkilər.
2. Yağa bulaşmış. ..Məmməd kişi kababı yeyib yağlı əlləri ilə bığlarını eşdi. S.Rəhman. // Üzərində yağ ləkəsi olan; kirli, çirkli. Yağlı əsgiləri yumaq. Köynəyin boynu yağlıdır.
3. məc. dan. Pullu, varlı, gəlirli, yaxşı gəlir mənbəyi olan. Yağlı yer. – Molla Xəlil düşünürdü: hər üç, beş Quran oxudan Hacı Hüseyn kimi yağlı müştərilər Quranların sayını ixtisara salsalar, o zaman mədaxili birə-üç, birə-dörd azalacaqdır. S.Hüseyn. Leylək Ələmdar çovğunun, azanın və zənglərin qatqarış səslərinə qulaq verir, onda yağlı bir qarət həvəsi doğurdu. S.Rəhimov.
4. məc. dan. Kəsərli, tutarlı, təsirli, şiddətli. Yağlı töhmət aldı. – Cəbhədə dəydimi ona yağlı, tutarlı bir kötək; Atəş alır, quduzlaşır, dörd yanı qapır köpək. Ə.Nəzmi. ‣ Yağlı boya rəss. – tərkibində yağ olan rəssam boyası. Vəzir taxt üstündə oturdu və bir müddət hamamın kəllə divarındakı yağlı boya ilə çəkilmiş əfsanəvi ənqa quşuna baxaraq fikrə getdi. Ə.Məmmədxanlı. Yağlı dil – şirin, lakin yalan sözlər, aldadıcı dil. Qərəz, o yan-bu yan, Xoca Əziz yağlı dilini işə salıb qoruqçunun hirsini yatırtdı. “Koroğlu”. [Qəhrəman:] Mən [xanımın] hiyləgər və yağlı dilinə qarşı dərin bir nifrət hiss edirdim. H.Nəzərli. İndi Leylək .. o yağlı dili tapa bilərdimi? S.Rəhimov.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

yağlı

I. piyli
{etli}

II. güclü, qüvvətli
{güçlü, kuvvetli}

III. pullu, varlı, gəlirli
{paralı, varlıklı, kazançlı}

IV. kəsərli, tutarlı, tə’sirli, şiddətli
{güçlü, tutarlı, etkili, şiddetli}

V. ləzzətli, dadlı, qidalı
{lezzetli, tatlı, besili}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

yağlı

yağlı


Son arananlar: