turklehceleri.org

yaymaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

yaymaq

f.
1. Bir şeylə yastıladaraq nazik qat halına salmaq, uzatmaq, açmaq, böyütmək. Qadınlardan birisi yuxa yayır, o birisi də çevirirdi. Ə.Vəliyev.
2. Ətrafa səpələmək, dağıtmaq, tək-tək, sərbəst otlamağa buraxmaq. Sürünü otlağa yaymaq. – [Kərim baba:] Qışlaqda idik, payızın aydınlıq gecəsi idi. Qoyunları yayıb bir daş üstündə uzanmışdım. A.Şaiq.
3. Hamıya bildirmək, hamının bilməsinə səbəb (vasitə) olmaq. Söz yaymaq. Şayiə yaymaq. Xəbər yaymaq. – [Zeynal:] [İncə] onabuna xəbər yayıb. C.Cabbarlı. [Ağarza:] Pis olmaz ki, şikayətlərinizi üzümüzə deyəsiniz. Biz də nöqsanımızı bilək, .. nəinki dalda danışmaq, söz yaymaq, filan. Mir Cəlal. • Xalqa (camaata) yaymaq – hamıya bildirmək, hamıya tanıtmaq, hamıya xəbər vermək. Molla Cümə sənin vəsfin deyibdi; Götürübən əziz xalqa yayıbdı. Molla Cümə.
4. Təbliğat məqsədi ilə paylamaq, intişar etmək, dağıtmaq. Vərəqləri yaymaq isə Tütünçüoğluna və Həsənağaya tapşırıldı. M.S.Ordubadi. ..Firidungil ikinci kitabdan yüzünü darülfünun tələbələri, məktəblilər, müəllimlər arasında yaymış, üç yüzünü fəhlələrə və əsnafa çatdırmışdılar. M.İbrahimov.
5. Başqalarına öyrətmək məqsədi ilə intişar etdirmək. Qabaqcılların təcrübəsini geniş yaymaq.
6. Öz təsirini (səsini, iyini və s.) ətrafda hiss etdirmək (eşitdirmək), ətrafa saçmaq, ətrafı doldurmaq. Çiçəklər ətrini ətrafa yayırdı. – Küləklər yayırdı geniş düzlərə; Muğan qızlarının şərqilərini. S.Vurğun. Yavaş-yavaş çıxmaqda olan Ay öz .. işığını ətrafa yayırdı. M.İbrahimov.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

yaymaq

I. səpələmək, dağıtmaq
{serpelemek, dağıtmak}

II. bildirmək, çatdırmaq
{bildirmek, yetiştirmek}

III. uzatmaq, açmaq, böyütmək
{uzatmak, açmak, büyütmek}

IV. dağıtmaq, paylamaq
{dağıtmak, paylaştırmak}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

yaymaq

yaymak

Uygurca – Türkiye Türkçesi Sözlüğü (Kurban, 2016)

yaymaq

Yaymak, sermek. Yotqan yaymaq – Yorgan sermek. Mal yaymaq – Hayvan otlatmak.


Son arananlar: