turklehceleri.org

yaxmaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

yaxmaq

I. f.
1. Qatı, yağlı bir maddəni bir şeyin üstünə sürtüb yaymaq. Çörəyə kərə yaxmaq. – Çıxdım Aya baxmağa; Qapıya qıfıl taxmağa; Qıza xına gəlibdi; Əllərinə yaxmağa. (Bayatı). [Məşədi İbad:] Görünür ki, heyvan balası dəllək xınanı pis yaxıbdır. Ü.Hacıbəyov. // Bulamaq, batırmaq.
2. məc. Əsassız olaraq isnad etmək, boynuna qoymaq, üstünə atmaq. [Fatma xanım:] Sənin bu ləçər qızın mənim üstümə oğurluq yaxır. N.Vəzirov. ..Çar agentlərinə və bir casusa yaraşan sifətləri bunun məsum və səmimi çöhrəsinə yaxa bilmirdim. M.S.Ordubadi. ‣ Qara yaxmaq – bax. qara. Ləkə yaxmaq – bax. ləkə.

II. bax. yandırmaq. [Qərib:] Bir söz ilə eldən-elə atıldım; Bu qərib ellərdə yaxdı nar məni. “Aşıq Qərib”. Pərvanə yaxar var-yoxunu bir oda yetsə; Razı deyiləm kim, mənə pərvanə desinlər. Qövsi.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

yaxmaq

I. alışdırmaq, yandırmaq
{alıştırmak, yakmak}

II. yaymaq, sürtmək
{yaymak, sürtmek}


Son arananlar: