müdaxilə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
müdaxilə
is. [ər.]
1. Başqasının işinə, münasibətinə qarışma, ümumiyyətlə, bir işə qarışma, onda iştirak etmə, onun gedişinə təsir etmə. Başqalarının bu işə müdaxiləsinə ehtiyac yoxdur. Onun müdaxiləsi vəziyyəti daha da pisləşdirdi. • Müdaxilə etmək – başqasının işinə qarışmaq, araya girmək. [Məsmə:] [Kor Seyid] mənim işlərimə müdaxilə etməyə başladı. S.Hüseyn. [Uşaqlar] nə isə anlayır, lakin böyüklərin dərdinə müdaxilə etməyə cəsarət etmirdilər. Ə.Məmmədxanlı. // Bir şeyin qarşısını almaq, onu dayandırmaq üçün göstərilən fəaliyyət, hərəkət. Cərrahi müdaxilə. Operativ müdaxilə.
2. Bir dövlətin zorla başqa bir dövlətin daxili işlərinə qarışması. Hərbi müdaxilə. İqtisadi müdaxilə.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
müdaxilə
qarışma, soxulma, miyançılıq
{karışma, sokulma, aracılık}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
müdaxilə
müdahale