yandırmaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
yandırmaq
f.
1. Yanmağına səbəb olmaq; alışdırmaq. Lampanı yandırmaq. Kibrit yandırmaq. İşığı yandırmaq. Fənər yandırmaq. – [Xudayar bəy:] Zəhmət olmasa, bir ispiçkə çək, bu qovu yandırım. C.Məmmədquluzadə. Əhməd aralıq peçini yandırdı. Mir Cəlal. // Məc. mənada. Ələsgərdi mənim adım; Aləmi yandırar odum. Aşıq Ələsgər.
2. Şiddətli təsir etmək (isti, qızmar, qaynar şey). Çay əlimi yandırdı. – O gün hava çox isti idi. Günəş yandırırdı. A.Şaiq. Muğan günəşi adamı yandırırdı. M.İbrahimov.
3. Qaraltmaq, rəngini tündləşdirmək. Dağ havası adamın üz-gözünü yandırır. – [Ceyranın] açıq hava rəngini bir qədər yandırmış, yanaqlarında təbii bir qırmızılıq görünürdü. S.Hüseyn.
4. Dalamaq. Gicitkən əllərimi yandırdı.
5. məc. Mənəvi əzab və iztirab vermək, ruhən incitmək, çox ağır təsir etmək. [Səlma:] Odumu söndürdün, yandırdın məni; Get, kamə yetirməsin Allah səni! H.Cavid. Ancaq bir nəfəri Mirzənin vəfatı yandırırdı. O adam Usta Zeynal idi. Ə.Haqverdiyev. ‣ Atasını yandırmaq – bax. ata. Can yandırmaq – bax. can.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
yandırmaq
I. alışdırmaq
{alıştırmak}
II. qaraltmaq, tündləşdirmək
{karartmak, koyulaştırmak}
III. dalamaq, göynətmək
{yakmak, acıtmak}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
yandırmaq
yakmak