oynaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
oynaq
I. sif.
1. Mütəhərrik, oynar, oynayan, daim hərəkətdə olan. O baxışlarda dalğadan oynaq; Bir şəfəq var ki, nurdan şəffaf! A.Şaiq. [Elxan:] ..Qaldıracağım azadlıq bayrağının oynaq dalğaları [Solmazın] gülgün çöhrəsini öpəcəkdir. C.Cabbarlı.
2. Oynağan, şux. Qapı laybalay açıldı. Gülər ürkək və oynaq bir dağ keçisi kimi irəli yeridi. C.Cabbarlı. Sən mənim köhlənim, oynaq atımsan; Mənim yaman gündə ehtiyatımsan. M.Müşfiq. // məc. Şux, şən, gümrah. Həmişə sərt görünən Mərdan indi oynaq bir hal alaraq nəşə saçırdı. Çəmənzəminli. // məc. Cilvəli, işvəkar, şux. Oynaq qız. – Elə bil ki, lap təzəcə toy eləmiş; Cavandılar; Necə oynaq, necə şıltaq; Mehribandılar. B.Vahabzadə.
3. məc. İfadəli, təsirli, canlı; danışığa, sözə, üsluba yüngüllük, oynaqlıq, gözəllik verən. Oynaq dil. Oynaq ifadələr. – [Cabbarlının] əsərlərindəki qanadlı sözlər, oynaq cümlələr dillərdə dolaşırdı. S.Rəhman.
II. is. anat. Buğum, məfsəl.
III. bax. oylaq. Tərpətdi düzlərlə Qanığa tərəf; Qaçaqlar oynağı Samuxa tərəf. H.K.Sanılı. Şirnuxu kəndinin yanında, Nəbi ilə Həcərin oynaqlarından birisi olan Şırlanbulağın yanında, sıx palıdlı meşədə düşdük. S.Rəhimov.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
oynaq
I. zirək, cəld, diribaş, çevik, qoçaq
{hareketli, derhal, atılgan, çevik, koçak}
II. şən, şux, ədalı, şivəli
{şen, cilveli, edalı, işveli}
III. bənd, buğum
{bağ, boğum}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
oynaq
eklem, oynak
Uygurca – Türkiye Türkçesi Sözlüğü (Kurban, 2016)
oynaq
Oynak.