sərbəstcəsinə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
sərbəstcəsinə
(=sərbəstcə) zərf
1. Tamamilə sərbəst, müstəqil, başqasından asılı olmadan. Sərbəstcə yaşamaq. // Asanlıqla, heç bir çətinlik çəkmədən, tamamilə sərbəst. Rusca sərbəstcə danışır.
2. Çəkinmədən, utanmadan, sayğısızcasına. Sərbəstcəsinə hərəkət. – Xalıqverdi kişinin gözlədiyinin əksinə, Ataş əsla utanmadan, sərbəstcə cavab verdi. Ə.Vəliyev. // Sadəcə, heç bir şeylə hesablaşmadan. [İskəndər kişi] şapkasını götürüb sərbəstcə stolun üstünə atdı. İ.Hüseynov.