qala
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
qala
is. [ər.]
1. Uzun müddət içində qapanıb düşmənə müqavimət göstərmək üçün möhkəm müdafiə tikililəri və vasitələri olan istehkam (məntəqə). Qərb tərəfdə uzanan dağlar Əsgəran qalasına çatdıqda .. birbirinə yaxınlaşırlar. S.S.Axundov. Hava işıqlandıqca Girdman qalasının möhtəşəm bürcləri aydın görünməyə başlayırdı. M.Hüseyn.
2. Qədimdə qala rolu oynamış yüksək və əksərən dairəvi şəkildə olan tikili; bürc. Qız qalası. Mərdəkan qalası. – Daşaltı çayının daş dələn səsi; Şuşa qalasının “Ərim gəldi”si.. B.Vahabzadə. // Qüllə. Qaladan azan səsini eşidərkən hər kəs öz evinə gedib süfrəyə hücum başlardı. H.Sarabski.
3. Həbsxana, dustaqxana, qazamat.
4. köhn. Şəhər. [Ziba xanım:] ..Xan qala divarında bəy uşaqlarını bir-biri ilə güləşdirir. M.F.Axundzadə.
5. məc. Dayaq, arxa, müdafiəçi, istinadgah mənasında. ‣ Uçan qala – uzaq məsafələrə uça bilən ağır bombardman təyyarəsi.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
qala
I. istehkam
{kale (burç)}
II. bürc, tikili
{burç, hisar}
III. həbsxana, dustaqxana, qazamat
{hapishane, mahpushane, cezaevi}
IV. dayaq, arxa
{dayanak, arka}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
qala
kale, kermen
Özbekçe—İngilizce Sözlük (Dirks, 2005)
qal'a
(Arabic) fortress, castle; citadel; (dial.) city.qal'achi hist.merchants which traded with other cities, esp. Russian cities.