xəbərdar
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
xəbərdar
sif. [ər. xəbər və fars. ...dar]
1. Bir işdən xəbəri, məlumatı olan, agah olan, məlumatlı. Ol zalimi-bədxu, şuxisitəmkar; Zakirin halından deyil xəbərdar. Q.Zakir. ..Oturanların hamısı Məhəmməd Həsən əminin ziyarət qəsdindən xəbərdardılar. C.Məmmədquluzadə. • Xəbərdar etmək (eləmək) – məlumat vermək, əhvalatı bildirmək, çatdırmaq, agah etmək. Məni işdən xəbərdar et. – [Rəşid:] Əzizim, əhvalından məni tez-tez xəbərdar et ki, bəlkə mən də səbr edə biləm. İ.Musabəyov. Nurəddin evlərinə qayıtdıqda Bahar onu əhvalatdan xəbərdar etdi. S.S.Axundov. Xəbərdar olmaq – bir şey, hadisə haqqında məlumatı olmaq, agah olmaq, bilmək. Yoxdur əhvalıma bir kəs ki xəbərdar olsun. S.Ə.Şirvani. Bir-birinin əhvalından xəbərdar olandan sonra Bahadır çay tədarükü etdi. N.Nərimanov. Şaqqulu işdən xəbərdar olub, həyətə girdi. Çəmənzəminli.
2. Əmr şəklində: xəbərdar! – ehtiyatlı olmağa çağırış.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
xəbərdar
bələd, mə’lumatlı, bilikli, təcrübəli, səriştəli
{bildik, malumatlı, bilgili, tecrübeli, deneyimli}