turklehceleri.org

xatakar

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

xatakar

sif. [ər. xəta və fars. ...kar] Gözlənilmədən xata törədən, xata törədə bilən, əlindən xata gələ bilən, zərərli, qorxulu, xain. Xatakar adam. – Kürən at xatakar (z.) olar ha.. – deyə, Nadir nəyə isə eyham atdı. B.Talıblı. // məc. Qorxulu, təhlükəli, xətərli. [Fatehzadə:] Xatakar yerdir. Sualtı qaya o qədər çoxdur ki, orada balaca qayıqla da üzmək olmur. M.Süleymanov. // İs. mənasında. Məni bu xatakarın əlindən qurtar.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

xatakar

I. təhlükəli, qorxulu, xətərli, zərərli, ziyanlı
{tehlikeli, korkulu, çekinceli, zararlı, ziyanlı}

II. müqəssir, günahkar
{kusurlu, günahkâr}


Son arananlar: