vətən
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
vətən
is. [ər.]
1. Bir adamın doğulub böyüdüyü və vətəndaşı olduğu ölkə, məmləkət; doğma yurd, Ana yurd. Vətəni müdafiə etmək. // Bir adamın doğulduğu yer. Şairin vətəni. Nizaminin vətəni Gəncədir. – Səndən ötən mənə dəydi; Məndən ötən sənə dəydi; Məndən, səndən ötən zərbə; Vətən, vətən, sənə dəydi... M.Araz.
2. məc. Bir şeyin törədiyi, meydana gəldiyi yer. Azərbaycan balaca olsa da, böyük ədiblərin, dahi şairlərin vətənidir. M.Hüseyn. ‣ Vətən övladı – xalq, millət, vətəndaşlar. Əgər xanım qızlar kişi kimi meydana çıxmasalar, vətən övladının gələcəyə arxayın olmağı çətindir. C.Məmmədquluzadə. Gözəlləşir günü-gündən həyatı xalqımızın; Həmişəlik vətən övladı bəxtiyar olacaq! Ə.Vahid.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
vətən
I. ölkə, məmləkət
{ülke, memleket}
II. yurd, yuva, məskən
{yurt, yuva, mesken}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
vətən
vatan, yurt