turklehceleri.org

var

Türkiye Türkçesi – Tatarca Sözlük (Ganiyev, 1998)

var

1. и. мөлкәт, байлык. 2. с. бар (булу) 3. хәб. сүз. бар; parası var акчасы бар ◊ var olsun! яшәсен!; varı yoğu һәммә нәрсә; ne var ne yok? хәлләр ничек? ни хәлләр бар?

Karşılaştırmalı Türk Lehçeleri Sözlüğü (Ercilasun, 1991)

var

Türkiye Türkçesi: var
Azerbaycan Türkçesi: var
Başkurt Türkçesi: bar
Kazak Türkçesi: bar
Kırgız Türkçesi: bar
Özbek Türkçesi: bar
Tatar Türkçesi: bar
Türkmen Türkçesi: bãr
Uygur Türkçesi: bar
Rusça: yest' imeyets'a

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

var

I.
1. sif. Olan, mövcud olan. Var qüvvə ilə çalışmaq. Var gücünü sərf etmək. • Var gücü (qüvvəsi) ilə – bütün qüvvəsini gərginləşdirərək, sərf edərək. Var qüvvəmizlə işləməliyik. – Elə bu zaman maşından düşən zurnaçılar ordlarını doldurub, var gücləri ilə piləməyə başladılar. “Kirpi”.
2. is. Varlıq, mövcudiyyət. Ahü zar çəkməkdən yox olub varı; Saf aynası tutub möhnət qubarı. Q.Zakir. O dəhən fikri ilə cümlə yox oldu varım. S.Ə.Şirvani. • Var olmaq – mövcud olmaq, yaşamaq.
3. Xəbər mənasında (vardır şəklində də işlənir). Var bir tədbiri, amma aşikar etməz mana. Füzuli. [Bayram:] A kişi, ov da ələ düşmür, nə bir ceyran var, nə bir turac var. M.F.Axundzadə. Həmişə dildə sənin solmayan baharın var. S.Ə.Şirvani. Burada gecələrin qərib səsi var. S.Vurğun. Mən çəlik ürəkli bir yeni gəncəm; Dildən-dilə düşdüm, hekayətim var. M.Müşfiq. Bununla bərabər [Nəsir] burasını da düşünərdi ki, arxasında Mirzə Qədir kimi bir qardaşı vardır. S.Hüseyn. // Olar, yaxındır. Möcüzələr yaradır ana ürəyi; Bir il var yaradır ana ürəyi. S.Rüstəm.
4. Birinci şəxs sonluğu ilə: varam dan. – 1) çox xoşuma gəlir, bəyənirəm, ürəyimə yatır. Varam onun oxumağına. Varam sənin oyununa. – [Bəbir bəy:] Amma mən sənin kimisinə varam. Kasıbsan, üzüyolasan, işləyənsən. Mir Cəlal; 2) hədə mənasında. [İblis:] Mən də nə qədər dünya durub, o insanın nəsli ilə varam. Ə.Haqverdiyev.
5. Sual şəkilçisi ilə: varmı? – mövcuddurmu?, tapılarmı? Gülşəni-aləmdə bir gül varmı bixar olmasın? M.Hadi. • Var olsun! (nida) – yaşasın, həmişə baqi olsun. Var olsun azad yurdun azad oğulları! C.Cabbarlı. Mən deyirəm, qoy var olsun sinəndəki el ürəyi! S.Vurğun. Var olsun cəlalın, ey Azərbaycan! Ey Odlar ölkəsi, günəşli diyar! Ə.Cəmil. Var etmək – yaratmaq, vücuda gətirmək, meydana gətirmək. Hüsnübəyim üzünü göyə tutub deyir: – Ey bizi heçdən var eləyən xaliq, səndən savayı pənah yerim yoxdu. İ.Məlikzadə. Nə var, nə yox? – yeni xəbər sorğusu. Balam, necəsən?! Söylə, nə var, nə yox bizə Gəncədən? M.Müşfiq. O ki var (idi) – lazımi qədər, istədiyin qədər; çox, çoxlu, lap çox. O ki var dedim. O ki var yedi. – Dünyagörmüş dayı bacısı oğlunun sözündən o ki var qarnını tutub güldü. “Kirpi”.

II. is. Dövlət, sərvət, mal-mülk. Varından keçmək. Varını sərf etmək. Onun varı çoxdur. – Varını verən utanmaz. (Ata. sözü). Varı möhnətdir cəhanın, nə umarsan, ey könül! Lənət olsun bu cəhanə, həm cəhanın varına! Nəsimi. Mərd olanlar keçər küllivarından. M.V.Vidadi. Cəhanə tərk edərəm cümlə dövlətü varı. Natəvan. Aldada bilməmiş dünyanın varı; Bir məslək eşqilə yaşayanları. S.Vurğun.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

var

I. dövlət, sərvət, mal, mülk
{devlet, servet, mal, mülk}

II. mövcudiyyət, olma
{mevcudiyet, olma}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

var

var

İngilizce—Türkçe Sözlük (FreeDict, 2017)

var /ˌʌndətˈaks/

1. (kıs.) variant variation, variety.


Son arananlar: