yataq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
yataq
I. is.
1. Yatmaq üçün yorğan-döşək salınmış yer, yorğan-döşək; ümumiyyətlə, yatmaq üçün yer. Yataqdan qalxmaq. Yatağına girib yatdı. – Xan səsə yuxudan ayıldı. Əvvəl qulaqlarına inanmayıb durdu, yatağının üstə oturdu. Çəmənzəminli. Dustaqlar daş kimi bərk və quru yataqlarında uzanmışdılar. A.Şaiq. Ziba yatağına girincə yuxulamışdı. S.Hüseyn. Məsum kişi .. havanın tamam qaranlıqlaşdığını görüb yatağını açdı. Mir Cəlal. • Yataq otağı – yatmaq üçün ayrılmış otaq. O heç bir söz demədən yataq otağına keçdi, ..çarpayıya sərildi və o dəqiqə ağır bir yuxuya getdi. M.Hüseyn. Səməd pilləkəni qalxıb dəhlizdən keçəndə açıq qapıdan yataq otağına nəzər saldı. İ.Hüseynov. Yatağa düşmək – ağır xəstələnmək, yorğandöşəyə düşmək. Bir kəndli naxoşlayaraq yatağa düşübmüş... M.İbrahimov. Anam düşdü yatağa; Döndü solğun yarpağa. S.Rüstəm. Yataqda olmaq – bax. yatağa düşmək. Neçə gündür yataqdadır. Yataqdan qalxmaq (durmaq) – sağalmaq, xəstəlikdən durmaq. // Məc. mənada. Günəş yatağına doğru endi.
2. məc. Bir şeyin çox olduğu yer; yığınaq, yuva. Sökülmüş köysümü kim, doludur qəmzən xəyalilə; Həramilər yatağı mənzili-viranə bənzətdim. Füzuli. Şəhri-füzəla, diyari-irfan; Mömin yatağı, qədim Şirvan. M.Ə.Sabir.
3. Payızda, qışda qoyun-quzu, mal-qara saxlanılan yer. Mal-qaranı çıxardırlar yataqdan; Azan səsi eşidilir uzaqdan. A.Səhhət. Qoyun yatağı qamışlığın dalında, çölün ortasında, açıq havada salınmışdı. M.İbrahimov.
II. is. geol. Faydalı qazıntı olan yer; mədən. Daş kömür yataqları. Mədən yatağı. Daşkəsən dəmir filizi yatağı. – Gədəbəydə mis .. və bir çox başqa yataqlar vardır. M.Qaşqay. Geoloji əsaslara görə Yenikəndin altında zəngin neft yatağı olduğu güman edilirdi. M.Süleymanov.
III. is. Çayın axdığı yer səthində əmələ gətirdiyi çuxur. Bu çay yatağını daim dəyişir. – Kür oynayır köhlən kimi; Ləngər vurur yatağında. M.Rahim.
IV. is. tex. Maşınların hərlənən və ya yırğalanan hissələrinin yerləşdiyi dayaq yeri. Yataqları yağlamaq.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
yataq
I. yorğan-döşək, yer
{yatak yorgan, yer}
II. yuva
{yuva}
III. mə’dən
{maden}
IV. çuxur
{çukur}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
yataq
yatak
Uygurca – Türkiye Türkçesi Sözlüğü (Kurban, 2016)
yataq
Yatak, yurt.