təlxək
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
təlxək
is.
1. Keçmişdə: padşahların, feodalların saraylarında gülməli hərəkətləri və zarafatları ilə öz ağalarını və onların qonaqlarını əyləndirən şəxs. Saray təlxəyi. – Təlxəklər bütün kələklərini meydana qoydular. Çəmənzəminli.
2. Keçmişdə: meydanlarda, küçələrdə və s. yerlərdə gülməli nömrələr göstərən şəxs; oyunbaz. [Təlxək] üzünə dəridən bir üzlük taxıb, aşağıda oyun çıxarar və yamsılamaqla pul yığardı. H.Sarabski. // Adamları güldürən, əyləndirən, zarafatcıl adam. [Ədhəm] istedadlı bir təlxək idi, həm özü gülürdü, həm də başqalarını güldürürdü. M.Hüseyn. [Məsumə Firəngizə:] Burax [Köçərini] getsin, təlxəyin birisidir, dilinə dil çatdıra bilməzsən. B.Bayramov.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
təlxək
palyaço, soytarı