turklehceleri.org

rütbə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

rütbə

is. [ər.]
1. Xidməti dərəcə, ad. Zabitlik rütbəsi. – [Qorxmaz] sıravilikdən starşinalıq rütbəsinə qalxmışdı. Ə.Vəliyev. İndi o, hərbi qiyafədə serjant rütbəsində bir şəfqət bacısı idi. Ə.Məmmədxanlı.
2. Vəzifə, mövqe, mərtəbə. Mənim nə rütbəm var, nə də mədənim; Kim olsa yaşatmaq borcumdur mənim. S.Vurğun. Çox şey Vətənsiz də yaşayır, ancaq; Şeirsə Vətənsiz, elsiz yaşamaz... Şairə vəzifə, rütbə nə gərək! B.Vahabzadə.
3. məc. klas. Mövqe, dərəcə, mərtəbə. Seyyida, sal boynuna zünnari-zülfi-yarı sən; Eşqdə gər rütbeyi-Sənanə eylərsən həvəs. S.Ə.Şirvani.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

rütbə

rütbe, unvan


Son arananlar: