turklehceleri.org

itkin

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

itkin

sif. İtmiş; xəbərsiz, soraqsız yox olan, yoxa çıxan. Öldü Ziyad xanım, Mahmudum itdi; O itkin Mahmudun atasıyam mən. Aşıq Kərəm. // İs. mənasında. Bir mürüvvət eylə, alagöz şahım! Bir qərib itkinəm, yoxdur pənahım. Aşıq Rəcəb. • İtkin düşmək – 1) xəbərsiz, soraqsız itmək, yox olmaq. [Dərviş:] ..Məni nahaq yerə dolaşdırdılar, durmadım, itkin düşdüm. A.Divanbəyoğlu. İtkin düşdüyümü zənn edib, anama məktub yazacaqlar. Mir Cəlal; 2) yox olmaq, itmək, aralıqda itib-batmaq. Qiymətli əsərlərin itkin düşməsi, məncə, sizin kimi böyük rəssamı daha çox həyəcanlandırmalıdır. M.Hüseyn. İtkin getmək – bax. itkin düşmək 1-ci mənada. İtkin olmaq – yox olmaq, itmək, itib-batmaq. Ölsün, itkin olsun belə əğyarı; Gəzməsin arada yaman, bəri bax. M.P.Vaqif. Ol keçən dəmləri hanı Zakirin; İtkin olub adı-sanı Zakirin. Q.Zakir. İtkin salmaq – itkin düşməsinə səbəb olmaq.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

itkin

soraqsız
{sorgusuz}


Son arananlar: