turklehceleri.org

tikanlı

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

tikanlı

sif.
1. Tikanı olan (bax. tikan 1-ci mənada). Tikanlı bitkilər. – Alağa – qərənfil, yovşana – reyhan; Tikanlı qanqala – gül desəm olmaz. Aşıq Şəmşir. Aydın tikanlı kollar arasından çıxıb, sinədolusu rahat nəfəs aldı. H.Seyidbəyli.
2. Üzərində tikanlar olan. [Şeyda Fəridəyə:] İndi bizim bağla sizin bağ arasında tikanlı məftildən qara bir çəpər var. Ə.Məmmədxanlı.
3. məc. Qəlbə, ürəyə toxunan; acı, ağır, zəhərli, qaba, kobud. Lakin Rüstəm kişi [Şirzadın] gözlərində bu sözləri oxumadı; orada yalnız tikanlı bir ifadə gördü.. M.İbrahimov.
4. Tıxlı. Tikanlı balıq.


Son arananlar: