turklehceleri.org

səf

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

səf

is. [ər.] Sıra, cərgə, düzgü. Elə ki səflər düzəldi, dəstələr hərə öz yerini tutdu, Koroğlu Tanrıtanımazı çağırdı. “Koroğlu”. // Qatar. Saqın gəzin, laçın gözü görməsin; Qorxuram, səfinizi poza, durnalar! M.P.Vaqif. • Səf bağlamaq (düzmək, çəkmək) – sıraya düzülmək, cərgə-cərgə durmaq. Qarabaşlar əlləri döşlərində səf çəkib, xanımları gözləyirdilər. Çəmənzəminli. Buğac atasının əlindən tutub bir neçə addım kənara çəkildi və səf çəkib yarımdairə vurmuş igidlərinə əlilə bir işarə etdi. M.Rzaquluzadə.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

səf

sıra, dəstə, cərgə, qatar
{sıra, deste, dizi, katar}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

səf

saf


Son arananlar: