aqil
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
aqil
sif. [ər.] Ağıllı, müdrik, tədbirli. Tutmazam zənciri-zülfü tərkin, ey naseh, məni; Xah bir aqil xəyal et, xah bir divanə tut. Füzuli. Yusif şah aqil adam idi. M.F.Axundzadə. İki aqil kəs eyləməz dəva; Eyləməz bir-birinə büğz əsla. S.Ə.Şirvani. // İs. mənasında. Yad eylə o bikəsi düşəndə; Divanəsini unutmaz aqil. Q.Zakir. Aqil gərək cəmi ləzzəti-dünyəviyyədən bəhrə aparsın. M.F.Axundzadə. Nə bilsin olmayan Məcnun ki, Leyli kimdir, ey aqil! Ə.Nəzmi.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
aqil
I. müdrik, tədbirli
{düşünceli, tedbirli}
II. ağıllı, dərrakəli, düşüncəli
{akıllı, şuurlu, düşünceli}