sədəqə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
sədəqə
is. [ər.] Yoxsula, dilənçiyə verilən pul, şey. Sədəqə vermək. Sədəqə paylamaq. – Yolun o tay-bu tayında hasar təşkil edən dilənçilər, kor və şillər .. sədəqə diləyirdilər. Çəmənzəminli. Tapdıq olanda Göyçək çoxlu sədəqə paylamışdı. Ə.Vəliyev. // məc. Qurban edilən şey; qurban. Müddətdi həsrətəm, bir gəz bəri bax; O xan gözlərinin sədəqəsi canım. Q.Zakir.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
sədəqə
sadaka