təvəllüd
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
təvəllüd
is. [ər.] Doğulma, anadan olma, dünyaya gəlmə, doğum. Hacı Nəsir .. oğlunun təvəllüdünü şadlıq edib, şəhərin fəqirfüqərasına pul və xörək payladı. S.S.Axundov. Təvəllüd tarixi heç bir yerdə qeyd edilmiş olmadığından [Rüstəmin] yaşını doğru bilən yox idi. T.Ş.Simurq. • Təvəllüd şəhadətnaməsi (kağızı) – doğum kağızı, təvəllüdnamə. Realni məktəbin birinci sinfinə 11-12 yaşından yuxarı şagirdlər qəbul edilməyirdi, buna görə də yaş göstərən təvəllüd şəhadətnaməsi tələb olunurdu. T.Ş.Simurq.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
təvəllüd
doğum