rənc
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
rənc
is. [fars.] klas.
1. Əziyyət, zəhmət. Ah, bizlər çocuq ikən nə qədər; Vermişik valideynə rəncü kədər! M.Ə.Sabir. Nə çox vaxt xırman döyəndə yazığın [taybuynuz öküzün] ağzını da bağlayırlar ki, belə rənc və zəhmətlə döydüyü arpa-buğdanın küləşindən və ələfindən yeməsin. F.Köçərli.
2. Zəhmət, əmək. [Qərib:] Gəl sən mənə izin ver gedim, öz əlimin rənci ilə qırx kisə qızıl qazanım.. “Aşıq Qərib”.