qurumaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
qurumaq
f.
1. Yaşlığı, islaqlığı, rütubəti, nəmliyi yox olmaq, quru hala düşmək. Sərilmiş paltarlar qurudu. İstidən dodaqlarım quruyur. – Qurban bildi ki, ləyəndəki kəc quruyub zay olub.. C.Məmmədquluzadə. [Səriyyə xala] bağırmaq və ağlamaq istəyir, bacarmırdı. Sanki gözlərinin yaşı qurumuşdu. M.İbrahimov.
2. Günəşin istisindən, quraqlıqdan solmaq və ya torpaqdan qida almamaq nəticəsində tələf olmaq (bitkilər haqqında). Həyətdəki güllərin hamısı qurudu. Tut ağacı qurumuşdur.
3. məc. dan. Arıqlamaq, zəifləmək, üzülmək. Yeməməkdən qurumaq. Dərddən qurumaq.
4. dan. İflic olmaq, hərəkətdən qalmaq. Onun bir tərəfi qurumuşdur. // Bu mənada əmr şəklində qarğış kimi işlənir . Əlin (ayağın, dilin) qurusun!
5. Donmaq, hissiz bir hala gəlmək. Şaxtadan bütün bədənim qurumuşdur. Küləkdən ayaqlarım qurudu.
6. məc. Son dərəcə təəccüblənmək, mat qalmaq. Elə bunu bilcək lap qurudum. C.Məmmədquluzadə. ‣ Quruyub daşa dönmək – bax. quruyub qalmaq. Təəccübdən [Nadirin] gözləri dörd oldu. Dimdik durub qapının ağzında dayandı. Sanki quruyub daşa döndü. B.Talıblı. Quruyub qalmaq – 1) mat qalmaq, heyrətdə qalmaq, son dərəcə təəccüblənmək. Bu işə lap quruyub qalmışam. – Hər kəs olduğu yerində quruyub qalmışdı. M.S.Ordubadi; 2) hərəkətsiz durmaq, donub qalmaq. Qısa adam, qarşısında quruyub qalmış bu səmimi vücudu başdan-ayağa süzdü. H.Nəzərli. Quruyub mat qalmaq – bax. quruyub qalmaq. ..O biri tərəfdən də mənim barəmdə hər xüsusda onun sədaqəti gözümün qabağında durub, məni bu halətə gətirdi ki, öz-özümə quruyub mat qaldım. C.Məmmədquluzadə. Yerindəcə qurumaq – bax. quruyub qalmaq.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
qurumaq
I. arıqlamaq, zəifləmək, üzülmək
{sıskalaşmak, zayıflamak, üzülmek}
II. donmaq
{donmak}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
qurumaq
kurumak
Uygurca – Türkiye Türkçesi Sözlüğü (Kurban, 2016)
qurumaq
Kurumak. Qurup ketsun! – Mahvolsun! kahrolsun!