turklehceleri.org

kirdar

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

kirdar

is. [fars.]
1. İş, əməl, hərəkət. Ey Vidadi, gərdişi-dövrani-kəcrəftarə bax; Ruzigarə qıl tamaşa, karə bax, kirdarə bax. M.P.Vaqif. Xandostu! Amandı, qoyma gəldi; Kirdarı yamandı, qoyma gəldi! M.Ə.Sabir. • Kirdardan düşmək – artıq heç bir işə yaramamaq, yararsız hala gəlmək. [Səfər kişi:] Demək, mən lazım ola bilərəm, .. mən hələ kirdardan düşməmişəm. Mir Cəlal.
2. Səbir, hövsələ. Kirdarım yoxdur. – Anada o kirdar hanı, telefona gələ, nömrə tapa, belə odlu-odlu danışa. Mir Cəlal. • Kirdarı gəlməmək – hövsələsi çatmamaq, səbri gəlməmək, həvəsi olmamaq. [Mehriban] bir istədi ki, Şərifənin gördüyü işi onun əlindən alıb görsün. Nədənsə buna da kirdarı gəlmədi. S.Hüseyn. Kirdarını kəsmək – hövsələdən çıxartmaq. Lakin Şahpəri ilə baş verən hadisə [Şahmarın] kirdarını kəsmişdi. B.Bayramov.


Son arananlar: