turklehceleri.org

riza

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

riza

is. [ər.] Razılıq. Soralım hər zaman rizalərini; Alalım xeyirli düalərini. M.Ə.Sabir. Üzərimdə olan ləkələri bir qadının riyasını əldə etməklə yox, təzə qanlar ilə təmizləmək mümkündür. M.S.Ordubadi. • Riza almaq – razılıq almaq. [Padşah:] Səidin övrətindən riza almaq sənin öhdənə tapşırılır. Ə.Haqverdiyev. Riza vermək – razılıq vermək, razı olmaq. [Ağa:] ..Qızının nikahının Fərmana cari olmasına riza verirsənmi? Ə.Haqverdiyev. // İstək, iradə, ixtiyar. • Öz rizası ilə – öz xoşu ilə, öz istəyi ilə, öz razılığı ilə. ‣ Allah rizasına – 1) savab üçün, Allah yoluna, Allaha xoş gedər. [Qurban:] Elə bil Allah rizasına, Allah yoluna verirsən, bir-iki manat verib yola salaydın. Ə.Haqverdiyev; 2) yalvarış mənasında – Allah xatirinə. [Səriyyə:] Səfər! Allah rizasına mənə rəhmin gəlsin. C.Cabbarlı.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

riza

rıza

Uygurca – Türkiye Türkçesi Sözlüğü (Kurban, 2016)

riza

a. Rıza. Riza bolmaq – Rıza olmak.


Son arananlar: