turklehceleri.org

Marıq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

marıq

is. Pusqu. • Marığa durmaq – pusquda durmaq, ovu güdmək, pusmaq. Tağı əmi qırğının qayışını açdı. Bu halda Axtar sağ ayağını qaldıraraq marığa durdu. S.S.Axundov. Marığa duran cayıllar ağacların daldası ilə yeriyib Heydərin on addımlığına çatdılar. S.Rəhimov. Marığa yatmaq (sinmək) – bax. marığa durmaq. Tula marığa yatır. – [Şahmar] bir daşın dalına girib, ovçular demişkən, marığa yatdı. B.Bayramov. // Marıq yeri, pusqu yeri. [Yaşar] tüfəngini əvvəlki yerinə qoyub, marıqdan sağa, sahilə endi. M.Rzaquluzadə. ‣ Marıq vermək – bitki suvaran zaman dayanan suyun qabağını açmaq, suyun səmtini dəyişmək.


Son arananlar: