qəhrəman
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
qəhrəman
[fars.]
1. sif. Müharibədə, yaxud başqa bir işdə qoçaqlıq, fədakarlıq nümunəsi göstərən; igid. Qəhrəman ordu. Qəhrəman əsgər. // İs. mənasında. Azərbaycanın milli qəhrəmanları. – Seyr edin zamanın qəhrəmanını; Əynində şinel var, çiynində tüfəng. S.Vurğun. Bu gün alqış demək qəhrəmanlara; Dünyada hər şeydən mənə şirindir. O.Sarıvəlli. // sif. Qoçaq, cəsur, qorxmaz. [Ceyran] cəsur, mətin, qəhrəman bir qadın idi. S.Hüseyn.
2. is. Öz dövrünün ictimai mühitinin səciyyəvi xüsusiyyətlərini özündə təcəssüm etdirən şəxs. Zəmanəmizin qəhrəmanı.
3. is. Ədəbi əsərdə iştirak edən şəxslərin ən birincisi, başlıcası. Romanın qəhrəmanı. Pyesin qəhrəmanı.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
qəhrəman
I. igid, qoçaq
{yiğit, kabadayı}
II. surət, obraz
{suret, tasvir}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
qəhrəman
kahraman