sakitləşmək
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
sakitləşmək
f.
1. Səs-küy azalmaq, ya kəsilmək, sakitlik düşmək. Gecədən keçmiş şəhər sakitləşdi. – Günəş günorta yerinə gələndə Tehranın bütün küçələri boşalmış və sakitləşmişdi. M.İbrahimov. // Sakit olmaq, gücü, şiddəti zəifləmək, yavaşımaq, kəsilmək, keçib getmək. Dəniz sakitləşdi. Külək sakitləşdi. – Su sakitləşmişdi ki, ikinci, üçüncü və dördüncü bombalar da bir-birindən aralı dənizdəki balaca qayığın ətrafına düşüb partladı. Ə.Vəliyev.
2. Əsəbiliyi, həyəcanı, iztirabı keçmək; təskinlik tapmaq, rahatlanmaq, müvazinət kəsb etmək. Əgər Ağca tərəf qalib gəlsə idi, demək olar ki, Şükür sakitləşərdi. Çəmənzəminli. [Mehriban] axır zamanlar xeyli sakitləşmişdi. H.Seyidbəyli. [Zərnigar xanım] ..dava-dalaş salar, ağlayıb-sızlayar, sonra da sakitləşərdi. İ.Şıxlı. ‣ Ara sakitləşmək – bax. ara. Elə ki ara sakitləşdi, Məhbub xanım yavaşca qapını açıb gəldi Bəlli Əhmədin yanına. “Koroğlu”. Getgedə ara sakitləşdi. Sürülər kövşəyə yatdı. B.Bayramov. Ürəyi sakitləşmək – bax ürək. [Usta Ağabalanın] istidən döyünən ürəyi öylə bil xınadan sonra sakitləşdi. Çəmənzəminli. Əbil Qənbərovun ürəyi bir az sakitləşdi. Ə.Vəliyev.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
sakitləşmək
I. rahatlanmaq, xatircəmlənmək, arxayınlaşmaq
{rahatlamak, teskin olmak, kaygısızlaşmak}
II. dayanmaq, kəsilmək, azalmaq, zəifləşmək, yavaşımaq, yatmaq
{dayanmak, kesilmek, azalmak, zayıflamak, ağırlaşmak, yatmak}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
sakitləşmək
dinmek, yatışmak