qulam
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
qulam
is. Qədim zamanlarda: qul, kölə, nökər, xidmətçi (oğlan). Bir neçə dəqiqə keçəndən sonra qulamlar İlyası aralığa alıb gətirdilər. M.S.Ordubadi. Dumanlı bir gündə səhər ertə saray qulamlarından biri Kazımın həyətinə girib, artırmada hana toxuyan Telli ilə Gülnaza yanaşdı. Çəmənzəminli.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
qulam
qul, kölə, nökər
{kul, köle, bende}