qorxutmaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
qorxutmaq
f.
1. Qorxmasına səbəb olmaq, qorxu vermək, xoflandırmaq, çəkindirmək. Noldu qəmimə gətirmədin tab? Qorxutdu məgər səni bu girdab? Füzuli. Başında nişanə aldım almanı; Qorxutmadı hədəf, nişanə səni. “Koroğlu”. ..Kərbəlayı Cəfər bərk çığırıb, Məhəmməd Həsən əmini lap qorxutdu. C.Məmmədquluzadə. // Təşvişə salmaq, canına qorxu salmaq.
2. Hədələyərək qorxuya salmaq, hədələmək. Uşaqları qorxutmaq. – [Heydər bəy:] Onu birdən çıxdı, qorxutdum, hamısı qaçdı, getdi. M.F.Axundzadə.
3. Hürküdüb qaçırmaq. Toyuqları qorxudub qaçırmaq.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
qorxutmaq
I. xoflandırmaq, çəkindirmək
{ürkütmek, korkutmak}
II. hədələmək
{tehdit etmek}
III. hürkütmək
{ürkütmek}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
qorxutmaq
yıldırmak