turklehceleri.org

əlvida

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

əlvida

nida [ər.] Sağlıqla qal, xudahafiz. Əlvida, ey sevimli şəhər. – Əlvida! Əlvida! Daldığım uyğu; İnanmam ölümmü, röyamı yoxsa. S.Vurğun. [Şəmsiyyə:] Gözləyəcəyəm, müəllim, hələlik əlvida! – deyib getdi. M.İbrahimov. • Əlvida etmək – 1) görüşüb ayrılmaq, vidalaşmaq. Dostlarla öpüşüb əlvida etdi. – Axır, gözüyaşlı anam, bacım və sair əqrəbam ilə əlvida edərək yola düşdüm. S.S.Axundov. [Dərviş:] Hamımız qoca kişi ilə bir yerdə kənddən əlvida edib şəhərimizə varid olduq. A.Divanbəyoğlu; 2) məc. tərk etmək, itirmək, həmişəlik ayrılmaq. Altı ay keçmədi ki, biçarə övrət də canından artıq sevdiyi kiçik balalarına həmişəlik əlvida etməyə məcbur oldu. C.Cabbarlı. Polad qərq olaraq düşüncələrə; Əlvida elədi ilk məhəbbətə. M.Rahim. // Ayrılmaq, getmək münasibəti ilə düzəldilən mərasim. Əlvida konserti. // Ayrılıq, ayrılma. Əlvida gecəsi.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

əlvida

xudahafiz
{elveda}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

əlvida

elveda


Son arananlar: