turklehceleri.org

qopmaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

qopmaq

f.
1. Dartılmaq, çəkilmək və s. nəticəsində kəsilmək, üzülmək, qırılmaq. Paltarın düymələri qopdu. – Sanki onun ürəyi şaxta vurmuş qönçə kimi qopub düşəcəkdi. Mir Cəlal. // Yapışdığı, bitişdiyi yerdən aralanmaq, ayrılmaq, ayrılıb düşmək. Divarın kağızı qopmuşdur. Ayaqqabının dabanı qopdu. Kitabın cildi qopdu. Çaynikin qulpu qopmuşdur. // Kökündən çıxmaq. [Kola bağlanmış ayı] durub zəncirini dartmağa başladı. Kolun budağı ayının gücünə davam etməyib qopdu. S.S.Axundov. Elə bu vaxt Qəhrəman öz kökündən qopmuş ağacın başından yerə gəlir. S.Rəhimov. // Bütöv bir şeyin bir parçası ayrılıb (sınıb) düşmək.
2. Ayrılmaq, əlaqəsini kəsmək (oturduğu, ya yaşadığı yerdən). Rza Qəhrəmani cəld hərəkətlə yerindən sıçrayıb, yarıbihuş halda torpaqdan qopmaq istəməyən Məhbusinin qollarını açdı. M.İbrahimov.
3. Birdən və şiddətlə başlamaq, zahir olmaq, eşidilmək. Vəlvələ qopdu. – Bir qitə yer üstündə qopub bir yekə dava; Meydan ki qızışdı, olarıq məhv sərapa. M.Ə.Sabir. Qopanda qarlı fırtına cahanı tar-mar edər; Qırar, yıxar ağacları, qiyamət aşikar edər. A.Səhhət. Yenicə yatağımda uzanmışdım ki, qonşu evdən acıqlı və yanıqlı bir şivən qopdu. A.Şaiq. // Qalxmaq. Qoşun pərakəndə bir halda çılpaq çöllərlə gedir, yerdən qopan toz aləmi bürüyürdü. Çəmənzəminli. Ata oğlunu belə görəndə sinəsindən odlu bir fəryad qopdu. M.Rzaquluzadə. ‣ Yerindən qopmaq – birdən yerindən sıçramaq, atılmaq, qalxmaq. Gülsənəm arvad yerindən necə qopduğunu bilmədi. M.Hüseyn. O, dəli kimi yerindən qopub, atına sıçradı və ildırım sürəti ilə çapdı. M.Rzaquluzadə.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

qopmaq

I. aralanmaq, qırılmaq, üzülmək
{aralanmak, kırılmak, sökülmek}

II. qalxmaq
{kalkmak}

III. çalmaq, oğurlamaq, aparmaq
{çalmak, saklamak, götürmek}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

qopmaq

kopmak

Uygurca – Türkiye Türkçesi Sözlüğü (Kurban, 2016)

qopmaq

Kalkmak.


Son arananlar: