turklehceleri.org

qol-budaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

qol-budaq

top.
1. Ağacın böyük və kiçik şaxələri. Hündür, dümdüz şam ağaclarının qol-budaqları üşüyürmüş kimi qar ləpələri altında titrəşirdi. M.İbrahimov. • Qol-budaq atmaq – 1) şaxələnmək, ətrafa yayılmaq, genişlənmək. Hələ qış aylarında torpağa basdırılmış soyuğa davamlı gül şitilləri açıq havada artıq qol-budaq atmağa başlamışdı. – Keçən il gətirdiyim ağacların hərəsi 25 santimetr, eləsi var, yarım metr qolbudaq atıb. Mir Cəlal; 2) məc. inkişaf etmək, tərəqqi etmək, artmaq. O görür qol-budaq atmış quruluş; O görür ki, başa çatmış quruluş. S.Rüstəm.
2. məc. Əl-ayaq, ətraf üzvlər. Qol-budağım qırıldı.
3. məc. dan. Qohum-qardaş, əqrəba və yaxın adamlar mənasında.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

qol-budaq

əl-ayaq
{el ayak}


Son arananlar: