meyxana
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
meyxana
I. is. [fars.] köhn. Şərab satılan və içilən dükan, şərabçı dükanı. ..Konsulxana fərraşı meyxananın qapısında kefli və əlində çaxırla dolu stəkan mənim qabağımı kəsib məndən dörd manat istədi. C.Məmmədquluzadə.
II. is. [fars.] Fikirləşmədən, qabaqcadan hazırlaşmadan deyilən, adətən məzhəkəli şeir növü. Adamlar dağılandan sonra toy sahibinin yaxın adamları qalıb meyxana deyərdilər. H.Sarabski. [Dursun:] İlyasgili qapıları bağlayıb meyxana deyirlər. C.Cabbarlı.
Uygurca – Türkiye Türkçesi Sözlüğü (Kurban, 2016)
meyxana
f. Meyhane.