turklehceleri.org

dolmaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

dolmaq

f.
1. Bir yerə daxil olub onu doldurmaq, başdan-başa hər yerini tutmaq, boş yer qoymamaq. Evə adamlar doldu. Otağa soyuq hava doldu. Miniklər gəmiyə doldular. – Sar gəlsin dağa dolsun; Bülbüllər bağa dolsun. (Bayatı). Mal-qara kəndə dolub hayküy salmaqda idi. Ə.Vəliyev. // Dolu hala gəlmək, ağzına qədər bir şeylə dolu olmaq, boşluq qalmamaq. Stəkanlar çayla doldu. – Mübahisə azından bir saat çəkdi. Çubuqlar da dolurdular, boşalırdılar. C.Məmmədquluzadə. Məktəb həyəti oğlan-qızla dolmuşdu. Mir Cəlal. Bir çoxları yığılıb buraya gəldi, ev-eşik adamla doldu. S.Rəhimov. // Məc. mənada. [Orxan:] Ah, qəlbimə sanki od-alov dolmuş. H.Cavid. Gülsəhər qızlarını görüncə ürəyi fərəhlə doldu. Ə.Vəliyev. Əzizin ürəyi atalıq qüruru ilə doldu. S.Rəhman. Nəbinin ürəyinə şübhə doldu: “Yəqin ki, bəy Yusifi döyməyə gəlib”. Ə.Abasov.
2. Girmək, daxil olmaq (çoxlu miqdarda). Qulaqlarıma su doldu. – Qarşıdakı ikitağlı böyük pəncərədən işıq içəri dolurdu. M.İbrahimov. // Nüfuz etmək. Gülşad qapını açıb içəri girəndə otaqdakı soyuq bədəninə doldu. Ə.Vəliyev.
3. Yayılıb hər tərəfi tutmaq, bürümək, örtmək, qaplamaq. Ətrafa səs doldu. // Örtülmək, tutulmaq. Çöllər yuxudan olunca bidar; Min rəng çiçəklə doldu gülzar. A.Şaiq. Günəş batandan azca sonra, sinəsi yarıq-yarıq, böyük səhranın üstündəki buludsuz göylər ulduzlarla doldu. M.İbrahimov. Təndirin bir tərəfi dolmamış, o biri tərəfdə çörək qızarır, köpürdü. Mir Cəlal.
4. Kökəlmək, ətə-cana gəlmək. Ətə dolmaq.
5. Doluxsunmaq, kövrəlmək, tutulmaq, əhvalı pozulmaq, hiddətlənmək, acıqlanmaq. O doldu, qaşqabağı qara bulud kimi üstdən aşağı sallandı. S.Rəhimov.
6. Girmək, çatmaq, yetmək. Ağabəyim ağa artıq böyüyüb, 14-15 yaşına dolmuşdu. Çəmənzəminli.
7. Yetişərək şirə hasil etmək, sütülləşmək. Sünbüllər yavaş-yavaş dolur.
8. Tamamilə yerinə yetirilmək, ödənilmək, həyata keçirilmək. Planların hamısı dolmuşdur.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

dolmaq

I. girmək, tıxanmaq
{girmek, tıkanmak}

II. bürümək, örtmək, qatlamaq, tutmaq
{bürümek, örtmek, katlamak, tutmak}

III. kökəlmək, ətlənmək
{şişmanlamak, etlenmek}

IV. doluxsunmaq, kövrəlmək, tutulmaq
{dolukmak, kırılmak, tutulmak}

V. girmək, çatmaq, yetişmək
{girmek, çatmak, yetişmek}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

dolmaq

dolmak


Son arananlar: