məmur
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
məmur
I. [ər.] köhn.
1. is. Dövlət idarələrində (əsasən, məhkəmə, polis və s.) çalışan qulluqçu; dövlət xidmətçisi, çinovnik. Hökumət məmuru. – Hər kəs [Zeynala] adi bir idarə məmuru kimi baxırmış. S.Hüseyn. Qarşımızı polis məmurları saxladı siz bizi məktəbə dönməyə məcbur etdilər. T.Ş.Simurq.
2. sif. Müəyyən bir iş, vəzifə görməyə əmr və ya tapşırıq almış. Kürsünü çəkməyə məmur olan çar soldatı öz vəzifəsini artıq yerinə yetirmişdi. M.S.Ordubadi.
II. is. [ər.] klas. Abad, abadan. Qoy cahan elm ilə pürnur olsun; Vətən o sayədə məmur olsun. A.Səhhət. Qalmadı bərqərar bir xanə; Cümlə məmur oldu viranə. M.Ə.Sabir. // Əhalisi olan, məskun, şen.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
məmur
memur