turklehceleri.org

qaz

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

qaz

I. is. zool. Ördəyə bənzər, lakin ondan böyük, uzunboğaz, əti yeyilən su quşu. Qaz əti. Qaz yumurtası. – Yeyərsən qaz ətini, görərsən ləzzətini. (Ata. sözü). Əgər məşuqə mənzurundu, get bir şahbaz istə; Bu məşhur bir məsəldir, Seyyida, “Qaz vur, qazan doldur”. S.Ə.Şirvani. ‣ Qaz yerişi yerimək – 1) qaz kimi yan basa-basa yerimək; 2) təkəbbürlə yerimək, təşəxxüslə yerimək. Qazdan ayıq – çox ayıq, gözüaçıq və işini bilən adam haqqında.

II. [fr.] kim.
1. Ayrı-ayrı hissəcikləri birbiri ilə çox zəif bağlı olan və sərbəst surətdə hərəkət edib hər tərəfi qaplamağa qabil olan fiziki cisim, maddə. Təbii qaz. Boğucu qaz. – Mədənlərdən, neft quyularından çıxan qazların işlənməsi nəticəsində qaz benzini alınır.. Məmmədəliyev. Yerdən çıxan qazı qədim adamlar ilahi bir şey hesab edirdilər. M.Hüseyn. // Binaları qızdırmaq, işıqlandırmaq, yaxud mühərrik qüvvə kimi işlətmək və s. məqsədlər üçün istifadə edilən qaza və ya buğaoxşar maddələrin ümumi adı. Teatr qazla işıqlandırılır. Təbii qaz ən ucuz yanacaqdır. Qaz fənəri. – Lətifə tez-tələsik qaz pilətəsini yandırdı. M.Hüseyn.
2. Mədədən çıxan qazaoxşar ifraz. ‣ Qazı qaçmaq dan. – işi baş tutmadığına görə əhvalı pozulmaq, pərt olmaq, ovqatı təlx olmaq. Müdirin ovqatı qarışmışdı; ..Nicatın qazı qaçmışdı. Mir Cəlal.

III. is. [fr.] Yarımşəffaf ipək parça. // Bu parçadan tikilmiş və ya qayrılmış. Qaz örtü. Qaz şərf.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

qaz

gaz, kaz


Son arananlar: