turklehceleri.org

qayış

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

qayış

is.
1. Belə bağlamaq, yaxud bir şeyi sarıyıb bağlamaq üçün zolaq şəklində kəsilmiş dar uzun dəri və s.; kəmər. Çamadan qayışı. Yəhər qayışı. Məfrəş qayışları. Çanta qayışı. – Əksərən .. cibli köynək geyərək, belini qayışla bərkitmiş kişilər arabanın yan tərəfinə dolmuş(du). M.İbrahimov. Allahyar kəhərin qoltuqaltısını yoxladı, qarın qayışını çəkib bərkitdi. İ.Şıxlı. // Ülgüc itiləmək üçün ensiz uzun dəri.
2. tex. Hərəkəti bir təkərdən o birinə nəql etmək üçün baş-başa tikilmiş uzun dəri, möhkəm brezent və s. zolağı. İntiqal qayışı. – Döyünən, çırpınan qayışlı çarxlar; Sapsarı su axan xırdaca arxlar.. S.Vurğun. ‣ Qayış kimi – 1) çox bərk, çox sərt; 2) qoparılmaz, qopmaz.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

qayış

kəmər
{kemer}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

qayış

kayış


Son arananlar: