qarğış
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
qarğış
is. Birisinin haqqında pis arzu, nifrin, bəddua. Gər mənə nifrin edər düşmən, mən ondan qəm yeməm; Kim münafiqdən gələn qarğış dua nisbətlidir. Xətayi. Matməəttəl qalmışam ki, bu nə bəladı, nəzərdi, gözdü, afatdı, vurğudu, qarğışdı, nədi, bilmirəm. Mir Cəlal. • Qarğış etmək (eləmək, tökmək və s.) – bax. qarğımaq. [Şamxal] “Ağlıma gələn dağlara, daşlara, mən nə fikirləşirəm? Allah, mənə ölüm ver, gör necə sarsaq xəyallara düşürəm”, – deyə özünə qarğış etdi. İ.Şıxlı. Qarğış tutmaq – qarğışın təsiri keçmək. Mənim qarğışım onu tutmasa, mən heç nə bilmirəm. M.Hüseyn.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
qarğış
beddua