turklehceleri.org

qaraqabaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

qaraqabaq

sif. Üzü gülməyən, qaşqabaqlı; üzügülməz, adamayovuşmaz. Qaraqabaq adam. – Yazıq o şəxsə ki qaraqabaqdır; Nə qədər yaraşır insana gülmək! M.Müşfiq. Evində və kənarda bəzən əsəbi, qaraqabaq, qaradinməz görünən bu qadının burada, bağçada kədərləndiyini, ya hirsləndiyini görən olmamışdı. Mir Cəlal.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

qaraqabaq

qaşqabaqlı, üzügülməz, adamayovuşmaz
{asık suratlı, yüzü gülmez, sert mizaçlı}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

qaraqabaq

somurtkan


Son arananlar: