vahid,
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
vahid
[ər.]
1. sif. Ancaq bir, tək, yeganə. Onun vahid bir oğlu var. – Kim döşünə döyər ki; Mən vahidəm, mən birəm! B.Vahabzadə.
2. sif. Ümumi, bir, birləşmiş. Vahid cəbhə.
3. is. Eynicinsli kəmiyyətləri ölçmək üçün qəbul edilmiş kəmiyyət, ölçü. Pul vahidi. Ölçü vahidi.
4. is. Bir tam təşkil edən şeyin müəyyən müstəqilliyə malik olan xüsusi hissəsi. Donanmanın döyüş vahidləri. Təsərrüfat vahidi.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
vahid
I. bir, tək, yeganə
{bir, tek, yegâne}
II. kəmiyyət, ölçü
{nicelik, ölçü}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
vahid
birim