qalmaqal
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
qalmaqal
is. Səs-küy, dava, dava-dalaş. Qalmaqal salmaq (etmək). – Hər zaman ki, səndən umdum şəfəqqət; Bir dava başladın, qalmaqal etdin. M.P.Vaqif. Emalatxanada böyük bir qalmaqal çıxdı. M.S.Ordubadi. Qapı ağzında oturan köhnə cahıl işin şuluq olduğunu və qalmaqal olacağını görüb, mütrübün oyununu saxladı. H.Sarabski. // Dediqodu, söz-sov, cəncəl. [Şölə xanım:] Onun qalmaqalının qorxusundan hərgiz cürət edib bura ayaq basa bilməz. M.F.Axundzadə. ..Getdin Məhəmmədhəsən əminin eşşəyini gətdin, bizi qoydun qalmaqalda? C.Məmmədquluzadə.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
qalmaqal
I. səs-küy, dava-dalaş
{gürültü, kavga}
II. dedi-qodu, söz-sav, cəncəl
{dedikodu, laf söz, şer}