əndam
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
əndam
is. [fars.]
1. Bədən. Qaşı, gözü, əndamı, təmamən əl-ayağı; Hər bir sənəmin başına yüz naz kimindir? M.V.Vidadi. Uşağın əndamına quru xına sürtməyə başlardılar. H.Sarabski.
2. Boy, qədd, qamət, boy-buxun, bədən quruluşu. Əndamı olduqca düzgündür. – Bunların şirin ləhcələri, duzlu danışıqları, mütənasib əndamları və alıcı, xumar gözləri vardır. M.S.Ordubadi. • Əndamın yansın (açılsın), əndamı yanmış (açılmış) – qarğış ifadəsi. Anası Gülpərinin təpəsinə iki əlli qapaz vurub deyərdi: – Əndamı açılmış, bir bax, gör uşağı nə günə salmısan! H.Sarabski. Əndamına lərzə düşmək – titrəmək, əsmək (qorxudan).
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
əndam
I. bədən, can
{beden, can}
II. boy, qədd, qamət
{boy, pos, gövde}