turklehceleri.org

klassik

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

klassik

[lat.]
1. Elm, ədəbiyyat, incəsənət sahəsində ən tanınmış, ən görkəmli və məşhur şəxsiyyət. Böyük Azərbaycan klassikləri. – Bir azdan sonra ruscanı yaxşı öyrəndikdə, Cəfər rus klassiklərinin əsərlərini əslində oxumağa başladı. M.Arif.
2. Ədəbiyyatda və incəsənətdə klassisizm tərəfdarı. Klassiklərlə romantiklərin mübarizəsi.
3. Qədim dillər (yunan və latın dilləri) və klassik filologiya mütəxəssisi.

II. sif. [latıncadan]
1. Klassik tərəfindən yaradılmış (bax. klassik 1-ci mənada), ən nümunəvi, nümunə ola biləcək. Klassik ədəbiyyat. “Koroğlu” operası Azərbaycan musiqisinin klassik əsəridir. Klassik musiqi. – Azərbaycan klassik satirik şerinin həqiqi və ölməz yaradıcısı olan Sabir ancaq və ancaq “Molla Nəsrəddin” məktəbində tərbiyə alaraq yetişmişdir. M.İbrahimov. // Yaradıldığı və yaşadığı vaxtdan uzun müddət keçdiyinə baxmayaraq, öz qiymətini, dəyərini, gözəlliyini itirməmiş (əsər və ya şəxs haqqında). // Tipik, çox xarakterik. Klassik misal.
2. Qədim yunanlara və romalılara aid olan; antik. // Klassik dillər (qədim yunan və latın dilləri).
3. Çox gözəl, nümunəvi. • Klassik gözəllik və s. – qədim yunanlarda və romalılardakı gözəllik idealını xatırladan gözəllik və s.
4. Antik dil və ədəbiyyatının öyrənilməsi ilə bağlı olan. Klassik filologiya. Klassik təhsil. • Klassik gimnaziya – inqilabdan qabaqkı Rusiyada: antik dillərin və ədəbiyyatların öyrənilməsi məcburi olan orta məktəb.

Özbekçe—İngilizce Sözlük (Dirks, 2005)

klassik

(Russian) classic; classical.

Kırgızca – Türkiye Türkçesi Sözlüğü (Yudahin)

klassik

r. klâsik müellif.

Uygurca – Türkiye Türkçesi Sözlüğü (Kurban, 2016)

klassik

r. Klasik. Klassik eserler – Klasik eserler.


Son arananlar: