turklehceleri.org

arıtlamaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

arıtlamaq

f. Təmizləmək, yaxşısını pisindən, irisini xırdasından ayırmaq; dənləmək. Buğda arıtlamaq. Düyü arıtlamaq. – [Tubu:] Bir az düyü arıtla, atana bir dövrə sulu yayma bişir. Ə.Haqverdiyev. Arvad baxıb-baxıb ayağa durdu, düyü çıxarıb arıtladı.. S.Rəhimov. ‣ Döşünü (sinəsini, boğazını) arıtlamaq – bax. boğazını arıtlamaq (“boğaz”da). Gəldiyev təkrar sinəsini arıtladı. Mir Cəlal.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

arıtlamaq

təmizləmək, dənələmək
{temizlemek, ayırmak}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

arıtlamaq

ayıklamak, temizlemek


Son arananlar: