parlaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
parlaq
sif.
1. Parıldayan, işıq verən, işıldayan, işaran, parıltılı. Parlaq günəş. – Atabala .. parlaq şimal ulduzuna doğru yol aldılar. Mir Cəlal. Parlaq günün şöləsində; Gah yüyürür, gah dururdu. N.Rəfibəyli. // İşıqlı, ziyadar. Ancaq sol tərəfdə vağzalın çıraqları parlaq (z.) görünürdü. S.M.Qənizadə. // Şəffaf və bərraq, parıldayan, bərq vuran, saf. Parlaq şeh. Parlaq şüşə. Parlaq su.
2. məc. Çox gözəl, əla, çox görkəmli, unudulmaz, əvəzsiz. Parlaq istedad. Parlaq sima. – [Alp Arslan:] Burda, yox şübhə ki, Xəyyam ikidir; Biri alim, biri parlaq şair. H.Cavid. // məc. Çox böyük, müvəffəqiyyətli, şanlı. Parlaq qələbə. Parlaq nailiyyət. Vətənpərvərliyin parlaq nümunəsi. // məc. Möhtəşəm, təntənəli, calallı, büsatlı. Parlaq ziyafət.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
parlaq
I. işıqlı, şəfəqli, nurlu
{ışıklı, şafaklı, nurlu}
II. dəbdəbəli, təntənali
{şatafatlı, ihtişamlı}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
parlaq
aydınlık, parlak