dava-dalaş
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
dava-dalaş
is. bax dava1 1-ci mənada. Daha burada hərb meydanını müfəssəl təsvir etməyin lüzumu yoxdur. Çünki cəmi müsəlman qardaşların başı dava-dalaş çəkib, hamı vuruşma görüb. Çəmənzəminli. Belə ki baxardın, hər gün sərxoş bəyin qapısında dava-dalaşdır. S.Rəhimov. [Kənddə] həmişə dava-dalaş əskik olmazdı. Ə.Sadıq. • Dava-dalaş salmaq – dava etmək, dava salmaq, qalmaqal salmaq. [Şamxalın] ..anası həmişə kişinin üstünə düşüb davadalaş salar, ağlayıb-sızıldayar, sonra da sakitləşərdi. İ.Şıxlı.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
dava-dalaş
kavga