asılmaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
asılmaq
I.
1. t-siz. Bir yerə ilişib, yaxud bir yerdən tutub sallanmaq. Budaqdan asılmaq. – ..Bir dəstə gül olaydım; Asılaydım yaxandan. (Bayatı).
2. məch. Bir yerə ilişdirilərək, keçirilərək, bir yerə bənd edilərək asılı vəziyyətə salınmaq. Bayram günü hər tərəfdə bayraqlar asılır. Ət qənarədən asılmışdır. – Məşədi Əsgər o tərəfə baxıb gördü ki, bir böyük ev var, qapısının üstündə elektrik fənəri asılıbdır. S.M.Qənizadə. Dörd-beş mərtəbəli evlərin qabağından Vətən müharibəsi qəhrəmanlarının şəkilləri asılmışdı. M.Hüseyn.
3. məch. Dar ağacına çəkilməklə edam edilmək. Boğazdan asılmaq. Asılmaq cəzası. – Rəhim bəy keçmiş günlərdən, qaçaq Əbdülkərimin “Sultanbud” təpəsinin üstündə asıldığından, “Qaraçuxa oğlunun” öldürülməsindən və bu gunə keyfiyyətlərindən nağıl edirdi. Ə.Haqverdiyev. [Əmiraslan] bir neçə müddət quldurluq edəndən sonra divan tərəfindən tutulub asıldı. S.S.Axundov. O gün məlun cinayətkar; Asılacaq boğazından. S.Vurğun.
II. məch. Bişmək üçün od üstünə qoyulmaq (xörək, qazan. və s.). Xörək çoxdan asılıbdır. – Gəldiyev gələn kimi düyü islanar, qazan asılardı. Mir Cəlal. Bir gün qabaq, həyətdə böyük ocaqlar qurulub, böyük qazanlar asılardı. H.Sarabski.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
asılmaq
asılmak